Bayden ukraynalı nazirlərlə görüşdü

ABŞ Prezidenti Co Bayden ukraynalı nazirlərlə görüş keçirib.

Metbuat.az xəbər verir ki, ABŞ lideri Co Bayden Varşavaya səfəri zamanı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Oleksi Reznikov ilə danışıqlar aparıb.

Görüş şəhərin mərkəzində, "Marriott" otelində baş tutub. Danışıqların detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən gün Bayden Brüsseldə Avropa İttifaqı və NATO liderləri ilə görüşdən sonra Polşaya səfər edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR