Azərbaycan milli komandası Latviya yığmasına qarşı yoldaşlıq görüşünə itki ilə çıxacaq.
Metbuat.az-ın məlumatıan görə, bu barədə millinin baş məşqçisi Canni De Byazi Maltada keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, , müdafiəçi Bədavi Hüseynovun ayaq əzələsində problem var. Bu səbəbdən, 31 yaşlı oyunçunu meydana buraxmağa risk etməyəcəklər.
Qeyd edək ki, Azərbaycan yığması Latviya ilə martın 29-da Maltada üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.