“TEKNOFEST Azərbaycan” çərçivəsində əyləncə proqramı təşkil olunacaq

Mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində texnologiya müsabiqələri və tədbirlərlə yanaşı paytaxt sakinləri və qonaqlar üçün əyləncəli proqramlar təşkil olunacaq.

Bu barədə Metbuat.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, festival çərçivəsində Bakıda ilk dəfə olaraq məşhur ispaniyalı flyboarder Lindsay McQueen-in təqdimatında su üzərində "Flyboard" şousu da baş tutacaq. O, Qətər və BƏƏ-də su üzərində Flyboard üzrə keçirilmiş dünya çempionatlarında uğurla iştirak edib.

Paytaxt sakinləri və qonaqlar 4 gün ərzində, gündə 2 dəfə olmaqla "Flyboard"şousunu izləyə biləcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR