Böyük razılaşmanı elan etdilər:

Rusiya və Çin çətin beynəlxalq şəraitdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Rusiya ordusunun Ukraynada hərbi əməliyyatlar apardığı bir vaxtda açıqlanan bu bəyanat diqqət çəkib. Ekspertlər bu həmlənin Qərbin sərt sanksiyaları ilə üzləşərək çətin vəziyyətə düşən Rusiya üçün önəmli hesab edir.

Qeyd edək ki, hələ fevral ayında Rusiya Prezidenti Vladimir Putin Çin sədri Si Cinpinlə görüş zamanı Pekinin Tayvanla bağlı mövqeyinə dəstək ifadə etmişdi. Si Cinpin də Rusiyanın Ukrayna bağlı mövqeyini dəstəkləmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR