Misir millisinin baş məşqçisi istefa verib

Futbol üzrə Misir millisinin baş məşqçisi Karluş Keyruş istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə mütəxəssis öz tviter hesabında bildirib.

Portuqaliyalı baş məşqçi dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün postunu tərk etdiyini açıqlayıb: "Xəyal gerçəkləşmədi. Əlimizdən gələni etdik, amma bu, kifayət etmədi".

Qeyd edək ki, Misir yığması Afrika zonası üzrə seçmə mərhələdə Seneqala uduzaraq mundiala vəsiqə qazana bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR