AQTA 99 ictimai iaşə obyektində 150 monitorinq keçirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Bu barədə Metbuat.az-a AQTA-dan məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində 2022-ci il martın 30-da ölkə üzrə 99 ictimai iaşə obyektində 150 monitorinq keçirilib. Monitorinqlər zamanı 1 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., Füzuli küç., məhəllə 720 ünvanında yerləşən, hüquqi şəxs “Siti Keyterinq” QSC-yə məxsus “Cafe City” restoranı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR