Naxçıvanda məktəbin çökməsi zamanı ölənlərin adları açıqlandı - RƏSMİ

Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb.

Bu barədə Metbuat.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsi, 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Vurğulanıb ki, axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb.

Həlak olan şəxslər:

2000-ci il təvəllüdlü Qadir Süleymanov,

1972-ci il təvəllüdlü Həsən Əliyev,

1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov,

1988-ci il təvəllüdlü Asəf Rüstəmov.

Xəsarət alan şəxs:

1996-cı il təvəllüdlü Alı Əliyev.

"Hazırda Babək rayon prokurorluğunda araşdırma davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR