Ərdoğanın ünvanına təriflər yağdırdı:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük və güclü siyasi liderdir”.

Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Belarusun dövlət televiziyasına belə açıqlama verib. “Ərdoğanın ölkəsinin maraqlarını müdafiə edəcək gücə sahib olması bizi məmnun edir” deyən Peskov, Türkiyənin çox böyük bölgəsəl güc olduğunu bildirib. Peskov bildirib ki, Rusiya və Türkiyə arasındakı əlaqələr mükəmməldir. Peskov etiraf edib ki, bəzi məsələlərdə tərəflər arasında fikir ayrılığı var.

“Lakin ümumi maraqların çox olması iki ölkənin daha yaxşı anlaşmasına səbəb olur. Ərdoğanın liderliyi dövründə Türkiyə ən suveren dövlətə çevrildi” - deyə Peskov ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR