5 yaşlı uşağı maşın vurdu

Zaqatalada 5 yaşlı uşağı avtomobil vurub.

Metbuat.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Dağlı kəndində baş verib.

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü Bayramov Tunar Surac oğlu “Changan” markalı minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan beş yaşlı Tunar Bayramov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR