Çempionlar Liqası: İspaniya klublarının yarımfinaldakı rəqibləri müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, , bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.

İngiltərə təmsilçilərindən "Liverpul" cavab oyununu evdə, "Mançester Siti" isə səfərdə keçirəcək. Mersisaydlılar ilk matçda Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi "Benfika"nı qəbul edəcək.

"Mançester Siti" isə İspaniyada Madrid "Atletiko"sunun qonağı olacaq. "Şəhərlilər" evdəki ilk görüşdə minimal hesablı qələbə qazanıb.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

13 aprel

23:00. "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya)

Baş hakim: Serdar Gözübüyük (Niderland)

İlk oyun - 3:1

23:00. "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Daniel Zibert (Almaniya)

İlk oyun - 0:1

Qeyd edək ki, yarımfinalda "Liverpul" - "Benfika" cütünün qalibi İspaniya "Vilyarreal" ilə, "Atletiko" (Madrid) - "Mançester Siti" görüşünün güclüsü isə İspaniya "Real Madrid"i ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR