"Liverpul" İngiltərə kubokunun finalına yüksəlib

Futbol üzrə İngiltərə Kubokunda ilk finalçı bəlli olub.

Metbuat.az-ın məlumatına görə, "Liverpul" yarımfinalda "Mançester Siti" ilə üz-üzə gəlib.

"Uembli" stadionundakı qarşılaşma Mersisayd təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Liverpul"un qollarını 9-cu dəqiqədə İbrahima Konate, 17-ci və 45-ci dəqiqədə Sadio Mane vurub. "Şəhərlilər"də 47-ci dəqiqədə Cek Qriliş, 90+1-ci dəqiqədə Bernardu Silva fərqlənib.

Qeyd edək ki, digər yarımfinal oyunu aprelin 17-də olacaq. "Çelsi" "Kristal Pelas"la görüşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR