Azərbaycanda istehsal olunan avtomobillərin sayı

2022-ci ilin yanvar-mart aylarında ölkədə 439 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 ədəd çox minik avtomobili istehsal olunub.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-mart aylarında 124,0 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı isə 23,0 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 38,9 faiz artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR