Gürcüstan prezidenti azərbaycanlı gənclərlə görüşüb

Tbilisi şəhərində Ana Dili Günü münasibətilə təşkil edilən tədbirdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) bir qrup nümayəndəsi də iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Gürcüstanın Prezident Administrasiyasında baş tutan tədbirin gedişində Prezident Salome Zurabişvili GAİM-in icraçı direktoru Orxan Pirverdiyev və müdavimləri ilə də görüşüb. GAİM-in fəaliyyət istiqamətləti barədə Prezident Salome Zurabişviliyə ətraflı məlumat verilib. Sonra azərbaycanlı gənclər dövlət başçısı ilə xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 3 aprel 2019-cu ildən azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR