Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldunun oğlu dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, bu barədə futbolçu hücumçu özünün sosial şəbəkə hesablarında paylaşım edib.
Təcrübəli forvard doğuş zamanı əkiz övladlarından birinin vəfat etdiyini bildirib. Körpənin ölüm səbəbi dəqiq bilinmir.
Ronaldunun qız övladının durumunun isə yaxşı olduğunu yazıb.