“WhatsApp”a çoxdan gözlənilən yenilik - FOTO

“WhatsApp” “Son görülmə” statusunu artıq müəyyən edilmiş kontaktlardan gizlətməyə imkan verən yeni seçimini sınaqdan keçirir. Seçim hazırda “beta” versiyalarındadır.

Metbuat.az xəbər verir ki, şirkətin məlumatına görə, bu yeniləmə həm də profil şəklini və “Haqqımda” bölməsini müəyyən kontaktlardan gizlətməyə imkan verir. Bunun üçün “Parametrlər” > “Hesab” > “Məxfilik” > “...dan başqa kontaktlarım” bölmələrindən keçilməli və adlar qeyd edilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR