"Telegram"ın üç yeni funksiyası işə düşüb

Son günlərdə populyarlaşan “Telegram” messenceri bir neçə yeni funksiyanı işə salıb. Şirkət yeniliklər barədə aprelin 16-sı məlumat yayıb.

Metbuat.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu yeni funksiyalar aşağıdakılardır:

Botlar üçün interfeys yaratmaq imkanı

Artıq “Telegram”da “JavaScript” proqramlaşdırma dili vasitəsilə botlar üçün interfeys yaratmaq mümkündür. Onun necə işlədiyini yemək sifarişi botu ilə yoxlaya bilərsiniz.

Səsli bildirişlər

Messencerdə siz bildiriş səsini özünüz seçə bilərsiniz – çəkisi 300 KB-dan, müddəti isə 5 saniyədən çox olmayan istənilən audio uyğundur.

Mesajların avtomatik silinməsi

İstifadəçilər istənilən söhbət otağında mesajların avtomatik silinməsi funksiyasını işə sala bilərlər. Bu, daha az hərəkət tələb edir. Məsələn, siz bir neçə gün, həftə və ya ay üçün limit tətbiq edə bilərsiniz. Bütün mesajlar qeyd ediləni müddətdən sonra avtomatik silinəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR