"iPhone 14" seriyası üçün hazırlanan maket "Apple"ın yeni modeli haqqında fikir formalaşdırıb.

Metbuat.az "Haber Global" nəşrinə istinadən məlumat verir ki, bu model üçün hazırlanmış maketlərə baxdıqda "iPhone 14" seriyasının necə görünəcəyi və fərqli xüsusiyyətləri ilə bağlı ipucularını görmək mümkündür.

Yayımlanan məlumata görə, "iPhone 14" mini olmayacaq. Yalnız 6,1 və 6,7 düym ekranlı versiyalar olacaq. 4 fərqli "iPhone 14" modeli hazırlanacağı iddia olunub:

iPhone 14 - 6,1 düym

iPhone 14 Max - 6,7 düym

iPhone 14 Pro - 6,1 düym

iPhone 14 Pro Max - 6,7 düym

"iPhone 14"ün ilk görüntüləri

Diqqət çəkən başqa bir məsələ arxa kamera modullarının birləşməsidir. "Pro" modellərində 3, digərlərində isə 2 linza var. Əvvəlki iddiaların əksinə, "pro" modellərdə hündürlük, en və dərinlikdə artım yoxdur.

Təbii ki, bu qəlibləri göstərən fotoşəkildə yalnız "iPhone 14" ün arxası ilə bağlı ipucuları var. Görünür, yeni dizaynlar "iPhone 13"ün üzərindən davam edir.