​Kapital Bank-ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirildi

Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə Azərbaycan Texnologiya Universitetində “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub.

200 dən çox tələbənin qatıldığı müsabiqədə 17 universiteti təmsil edən 60-dan çox komanda 5 kateqoriya üzrə mübarizə aparıb. “Robototexnika”, “Mexatronika”, “Enerji sistemləri mühəndisliyi”, “İnsanlıq naminə texnologiyalar”, “Davamlılıq üçün süni intellekt” olmaqla, hər kateqoriya üzrə 3 qalib komanda müəyyənləşib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra yarışın qalibləri Kapital Bank və digər dəstəkçilər tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.

Tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rektorları və özəl sektorun nümayəndələri iştirak ediblər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı