Sabah Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi ilə əlaqədar cinayət işi üzrə məhkəməsi keçiriləcək.

Metbuat.az xəbər verir ki, məhkəmə saat 12:00-da Tbilisi Şəhər Məhkəməsində keçiriləcək.

Məhkəmədə Mixeil Saakaşvili də iştirak edəcək .

İclasda ittiham tərəfinin sübutları araşdırılacaq.

Xatırladaq ki, Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə əlaqədar istintaqa oktyabrın 1-dən başlanılıb.