ABŞ-ın məşhur televiziya siması Ukrayna ordusuna qatıldı

Ukrayna Prezidenti Volodimir Zelenskinin könüllü çağırışına ABŞ-ın məşhur televiziya xadimi Malkolm Nens də qoşulub.

Metbuat.az xəbər verir ki, o, Ukraynanın ordu sıralarında müharibəyə qatılıb və “Mən danışmaqdan yoruldum, buraya qədərmiş” deyə açıqlama verib.

Bildirilib ki, bir aydır ekranlarda görünməyən MSNBC kanalının siyasət və terror eksperti Malkolm Nens Ukraynaya gedib və Kiyev administrasiyasındakı əcnəbilər birliyinə qoşulub.

Hərbi forması ilə verdiyi pozanı sosial media hesabında paylaşan Nens Ukrayna quru qoşunlarında xidmətə başladığını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR