Tramp əsəbiləşərək verilişi

Sabiq Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp uzun müddətdən sonra bir proqrama qatılıb.

Metbuat.az xəbər verir ki, o, 15 illik jurnalist dostu Piers Morganın yeni verilişinə qonaq kimi çağırılıb. Verilişin 30 saniyəlik tanıtımında Trampın əsəbiləşərək proqramı tərk etdiyi yayımlanıb.

Aparıcı 2020-ci ildəki prezident seçkisində məğlubiyyətini qəbul etməməkdə Trampı tənqid edib. Tramp isə cavabında "bunu ancaq axmaq biri düşünür" deyib. Aparıcının "deməli, mən axmaqam?" sualına isə Tramp heç düşümənədən "hə" cavabını verib.

Aparıcı ilə arasında keçən qısa anlaşılmazlıqdan sonra sabiq prezident proqramı tərk edib.

Qeyd edək ki, 75 dəqiqəlik veriliş 25 aprel tarixində yayımlanacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR