Kiyev və ətrafında morqlardan mindən çox meyit tapılıb

Rusiya qoşunları Kiyev vilayətindən çıxarıldıqdan sonra morqlarda 1020 mülki vətəndaşın cəsədi tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna rəsmisi AFP-yə müsahibəsində deyib. Onun sözlərinə görə, bəzilərinin işgəncəyə məruz qaldığı ehtimal edilən doqquz mülki şəxsin cəsədi Kiyev yaxınlığındakı Borodyanka şəhərində tapılıb.

"1020 cəsəd morqlarda saxlanılır. Bu insanlar işğalçılar tərəfindən öldürülüb və bəzilərinin bədənlərində işgəncə izləri var. Mən bu insanların mülki vətəndaş olduğunu vurğulamaq istəyirəm. Rusiya ordusu qəsdən heç bir müqavimət göstərməyən dinc insanları güllələyib”, - deyə Kiyev vilayətinin polis rəisi Andrey Niebytov deyib:

Niebytov onu da bildirib ki, polis Borodyankanın ətrafında iki məzar aşkarlayıb.

O, bir məzarda 3 nəfərin, o cümlədən 15 yaşlı qızın, ikinci məzarda isə 6 nəfərin cəsədinin tapıldığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR