Milyonlarla insan küçədə Quran oxudu: Çox sayda qadın və uşaq... -

Müqəddəs Ramazan ayı münasibətilə İndoneziyada aksiya keçirilir.

Metbuat.az xəbər verir ki, Ramazan ayı başlayandan bəri müsəlmanlar kütləvi şəkildə İndoneziya küçələrində Quran oxuyurlar. Bu günə qədər milyonlarla insanın aksiyaya qoşulduğu bildirilir. Məlumata görə, günün istənilən vaxtında İndoneziya küçələrində uşaqlar və qadınların da aralarında olduğu insanların küçədə Quran oxuduğunu müşahidə etmək olar. Dini aksiya Ramazan ayının sonuna qədər davam edəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR