Belarus – Azərbaycan oyununun keçiriləcəyi ölkə məlum olub

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsində Belarusla keçirəcəyi səfər matçının yeri müəyyənləşib.

AFFA-dan Metbuat.az-a verilən xəbərə görə, qarşılaşma Serbiyada oynanılacaq. Görüş iyunun 6-da Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, UEFA martın 3-də Belarus millisinə və klublarına sanksiya tətbiq edərək, onların ev oyunlarını neytral stadionlarda, tamaşaçısız keçirməsini qərara alıb. Millətlər Liqasında C liqasının III qrupunda Belarus və Azərbaycanla yanaşı, Qazaxıstan və Slovakiya komandaları mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR