Şimali Koreya Yapon dənizinə ballistik raket atıb

Şimali Koreya çərşənbə günü Yapon dənizinə doğru ballistik raket atıb.

Bu barədə Metbuat.az "Kyodo news" nəşrinə istinadən xəbər verir. Yaponiya hökuməti bildirib ki, raket Yapon dənizinə düşüb.

Saat 12:02 radələrində atılan raket Şimali Koreyanın qərb sahili yaxınlığından, Yaponiyanın müstəsna iqtisadi zonası xaricində sulara düşüb.

Yaponiyanın Baş Naziri Fumio Kişida hazırda səfərdə olduğu İtaliyada jurnalistlərə bildirib ki, beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyini təhdid etdiyi üçün belə bir hadisəyə qətiyyən göz yumula bilməz.

Yaponiya Çinin paytaxtı Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya etiraz edib. Baş nazir müvafiq dövlət qurumlarına gəmilərin və təyyarələrin təhlükəsizliyini təsdiqləməyi, habelə ictimaiyyətə vaxtında məlumat verməyi tapşırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR