17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanda təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 10-dan 16-dək keçiriləcək turnirdə yığma Gürcüstanın və Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

U-17 turnirə hazırlıq məqsədilə mayın 7-dən 10-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Millinin oyunlarının təqvimi və komandanın heyəti:

13 may:

17:00. Azərbaycan – Zambiya

16 may:

17:00. Azərbaycan – Gürcüstan

Azərbaycan millisi UEFA İnkişaf turnirində iştirak edəcək