Putin Lavrova görə Bennetdən ÜZR İSTƏDİ

İsrailin baş naziri Naftali Bennet və Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın "Rete-4" telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

Bəyanatda deyilir ki,

"Baş nazir Lavrovun sözlərinə görə prezident Putinin üzrxahlığını qəbul edib və prezidentin yəhudi xalqına və Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib", - ofisdən bildirilib.

Qeyd olunub ki, Bennet, İsrail Dövlətinin 74-cü Müstəqillik Günü münasibətilə təbriklərinə görə Putinə təşəkkür edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR