Joze Mourinyo final fitindən sonra hönkür-hönkür ağladı -

Konfrans Liqasının finalına vəsiqə qazanan "Roma"nın baş məşqçisi Joze Mourinyo final fitindən sonra göz yaşlarına hakim ola bilməyib.

Metbuat.az xəbər verir ki, təcrübəli məşqçi köməkçilərini qucaqlayaraq, hönkür-hönkür ağlayıb. Mourinyo ardınca sevincini azərkeşlərlə bölüşüb.

Qeyd edək ki, "Roma" yarımfinalda "Lester"i mübarizədən kənarlaşdıraraq (1:1, 1:0) finala yüksəlib. Bu nəticə həm də Mourinyonun iki rekorda imza atmasına da səbəb olub. Portuqaliyalı mütəxəssis 3 avrokubok turnirində finala çıxan ilk məşqçidir. Həmçini Mourinyo 4 fərqli klubla avrokuboklarda finala çıxan ilk məşqçidir. O, "Porto" və "İnter"lə Çempionlar Liqasının, "Mançester Yunayted"lə isə Avropa Liqasının finalında iştirak edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR