Alimlər uşaqlara tərəvəz yeməyi necə öyrətmək lazım olduğunu araşdırıblar

Yeni araşdırma göstərib ki, balaca uşaqlar kiçik mükafatlar aldıqları təqdirdə daha çox tərəvəz istehlak edirlər. Valideynlərin bildiyi kimi, uşaqlara tərəvəz yeməyi öyrətmək çətin məsələdir.

Metbuat.az "AZƏRTAC"a istinadla uşaqlara tərəvəz yeməyi necə öyrətmək lazım olduğundan bəhs edir.

"Tərəvəzləri erkən yaşlardan rasiona daxil etmək vacibdir, - deyə Niderlanddakı Qida məhsulları, sağlamlıq və təhlükəsizlik İnstitutunda Uşaq qidalanma proqramının rəhbəri Britt van Belkom bildirib. - Əvvəlki araşdırmalardan bilirik ki, balaca uşaqlar adətən təzə tərəvəzi bəyənməmişdən əvvəl onun 8-10 dəfə dadına baxmalıdırlar".

Alimlər uşaqlara müntəzəm olaraq tərəvəzin dadına baxmaq təklif olunarsa, onların seçimlərinin necə dəyişdiyini nəzərdən keçiriblər. Müvafiq proqrama bir yaşdan dörd yaşa qədər 600-ə yaxın uşaq cəlb olunub. Xanım van Belkom həmkarları ilə birgə onları təsadüfi seçim yolu ilə üç qrupa bölüblər: təsir/mükafat, təsir/mükafatsız və təsirsiz/mükafatsız nəzarət qrupu. İlk iki qrupa daxil olan uşaqlara üç ay ərzində hər gün uşaq bağçasında müxtəlif tərəvəzlərin dadına baxmaq təklif olunub. Eyni zamanda, birinci qrupdakı uşaqlara əyləncəli mükafatlar: stikerlər və ya oyuncaq taclar təklif edilib.

Tədqiqatın ilk və son mərhələsində alimlər tərəfindən tərəvəzlərin dadına baxmaq hazırlığı ölçülüb, maksimal olaraq 12 bal verilib. İlkin testləşdirmə çərçivəsində, qrupdan asılı olmayaraq, uşaqların tərəvəzlərin dadına baxmaq hazırlığı altı bal ilə məhdudlaşdırılıb. Nəzarət qrupu aşağı nəticələr göstərib, mükafat almayan qrupda göstərici dəyişməz olaraq qalıb və mükafat alan qrupda yeddiyə çatıb. Xanım van Belkom deyir ki, mükafatlarla birlikdə körpələrə müntəzəm olaraq tərəvəzlər təklif edildikdə, onlar yeni variantları daha tez-tez dadmağa hazır olurlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR