“Hamı “Real”dan, “Real” isə “Barselona”dan qorxur” -

"Barselona"nın sabiq hücumçusu Tyerri Anri Çempionlar Liqasının finalında "Liverpul"un favorit olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, "Liverpul" "Real"ı məğlub edəcək. 44 yaşlı keçmiş hücumcu İspaniya mətbuatına açıqlamasında bildirib ki, "Liverpul" "Real"la oyuna ehtiyatlı çıxacaq. “Bütün Avropa klubları "Real"dan, "Real" isə "Barselona"dan qorxur. Bununla belə, hazırda "Liverpul" "Real"dan daha güclüdür.

Qeyd edək ki, ÇL-in finalı mayın 28-də Parisdəki "Stade de Frans" stadionunda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR