Şimali Koreya naməlum raketi sınaqdan keçirdi

Şimali Koreya növbəti dəfə raket sınağı həyata keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, raket dəniz istiqamətində atılıb. Mərminin nə qədər məsafə qət etdiyi və tipi məlum deyil.

Qeyd edək ki, Şimali Koreya il ərzində 17 ballistik raket sınaqdan keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR