Azərbaycanda üzüm tingləri ilə bağlı yeni dövlət standartı təsdiq edilib

Azərbaycanda üzüm məhsulunun keyfiyyət və kəmiyyətinin yüksəldilməsi məqsədilə AZS 911:2022 “Üzüm tingləri. Texniki şərtlər” dövlət standartı təsdiq edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Metbuat.az-a verilən məlumata görə, “Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin hazırladığı standartı Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu təsdiq edib.

Standartın tətbiqi üzüm genofondunun qorunub saxlanılmasına və üzüm istehsalının genişlənməsinə imkan yaradacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR