Bayden Asiya turuna çıxdı

ABŞ Prezidenti Co Bayden Asiya turuna çıxıb.

Metbuat.az xəbər verir ki, o, ilk olaraq Cənubi Koreyaya səfər edib. Bayden iki günlük səfər çərçivəsində Seulda görüşlər keçirəcək. Ardınca ABŞ lideri Yaponiyaya gedəcək. O, Tokioda Avstraliya, Yaponiya, Hindistan və ABŞ-ın qurduğu “Quad” ittifaqının tədbirində iştirak edəcək. Ekspertlər bildirir ki, Baydenin səfərinin məqsədi Çinin regionda artan təsirini azaltmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR