Rusiyadan Finlandiyaya qaz nəqli dayandırılıb

Rusiyadan Finlandiyaya qaz nəqli dayandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Finlandiyanın “Gasgrid Finland” şirkətinin məlumatı yayıb. Hazırda ölkənin qaz sistemi sabit olduğu bildirilir.

Qeyd edək ki, “Gazprom Export” şirkəti Finlandiyanın “Gasum” dövlət şirkəti ilə müqavilə üzrə qaz nəqlini mayın 21-dən etibarən dayandırılacağını açıqlamışdı. Buna səbəb Finlandiya tərəfinin aprel ayında nəql edilmiş qaza görə ödəniş etməməsi və rubl ilə ödəniş etməkdən imtina etməsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR