Whatapp messencerinin tərtibatçı komandası iOS 10 və iOS 11 platformasında çalışan iPhone smartfonlarında tətbiqin dəstəyini dayandırırlar.

Metbuat.az xəbər verir ki, 24 oktyabr 2022-ci il tarixindən etibarən Whatapp iOS 10 və iOS 11 əməliyyat sistemli cihazlarda dəstəklənməyəcək.

Belə ki, iOS 12 minimum tələb olunan əməliyyat sistemi kimi qeyd olunur.

Beləliklə, Whatapp artıq iPhone 5 və 5C smartfonlarında çalışmayacaq, çünki iOS 12 həmin cihazlar üçün mövcud deyil.