"Türkiyə Azərbaycanın müstəqilliyinin ən böyük dəstəkçisi olacaq" - Fahrettin Altun

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib.

Metbuat.az xəbər verir ki, Fahrettin Altun bu barədə "Twitter"də paylaşım edib.

“Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm. Türkiyə artıq qəlblərə həkk olunmuş "iki dövlət, bir millət" anlayışı ilə azərbaycanlı qardaşlarının müstəqilliyinin, sabitliyinin və işıqlı gələcəyinin hər zaman ən böyük dəstəkçisi olacaq”, - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR