Rusiyada hərbi xidmət keçmək üçün yaş həddi ləğv edildi

Rusiyada hərbi xidmət keçmək üçün yaş həddi ləğv edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Qanun həm əmək qabiliyyətli Rusiya vətəndaşları, həm də əcnəbilər üçün hərbi xidmət üçün birinci müqavilə bağlamaq hüququ verilən yaş həddini aradan qaldırır.

Əvvəllər qanunda nəzərdə tutulmuşdu ki, hərbi xidmət üçün birinci müqaviləni 18 yaşdan 40 yaşa qədər olan vətəndaşlar, 18 yaşdan 30 yaşadək olan əcnəbi vətəndaşlar bağlaya bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR