İstanbulun rəmzləri bayrağımızın rənglərinə büründü - FOTO

Müstəqillik Günü münasibətilə İstanbulunun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Metbuat.az xəbər verir ki, mayın 27-si və 28-i təşkil olunan proyeksiya ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü və qardaş ölkənin aidiyyəti dövlət qurumlarının dəstəyi ilə baş tutub.

Bu münasibətlə tarixi Qalata qülləsi və İstanbulun iki qitəni birləşdirən körpüləri şanlı bayrağımızın rənglərinə bürünüb.

Kompozisiya yerli vətəndaşlar və bu şəhərdə qonaq olan turistlər tərəfindən böyük maraqla qarşılanıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR