Ronaldo barədə ŞOK İDDİA: Heç kimin təxmin etmədiyi kluba gedir

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo yenidən İtaliyada forma geyinə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. İddialara görə, Kriştiano Ronaldo “Roma” klubuna transfer oluna bilər. Məlumata görə, tərəflər arasında artıq görüş də baş tutub. Bildirilir ki, “Roma”nın baş məşqçisi Joze Mourinyo Ronaldonu sərəncamında istəyir. İddia edilir ki, Ronaldo da portuqaliyalı baş məşqçi ilə çalışmaq istəyir.

Qeyd edək ki, Ronaldo bu mövsüm “Mançester Yunayted”lə 39 oyuna çıxıb, 24 dəfə fərqlənib. Ronaldo “Mançester Yunayted”ə “Yuventus”dan transfer olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR