Avropada üsyan: "Putin bizə gülür" - Sanksiyaların əziyyətini Rusiya deyil Avropa çəkir

“Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fayda vermir, rus rublu güclənir Putin isə gülümsəyir”.

Metbuat.az xəbər verir ki, Xorvatiya Prezidenti Zoran Milanoviç belə açıqlama verib. O bildirib ki, Avropa Birliyi ölkələrinin vətəndaşları fayda verməyən sanksiyalara görə qiymət artımı ilə qarşılaşıb:

“Sankiyaların faydası yoxdur. Rusiya onları hiss etmir. Rubl çökmədi. Nəticədə Avropa Birliyi vətəndaşları qiymət artımı ilə qarşılaşıb. Putin məmuniyyətlə gülümsəyir. Tələbat çox olduğu üçün Moskva nefti və təbii qazı başqa yerlərə satacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR