Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, mayın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 546, tank əleyhinə 279 mina və 1 021 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 2 098,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR