Bu günədək təhsil krediti alan tələbələrin sayı açıqlanıb - RƏSMİ

"Hazırda yaz sessiyası üzrə təhsil tələbə kreditinin verilməsi davam edir. Bu günə olan məlumata görə kredit alan tələbələrin sayı 6 mindən çoxdur".

Metbuat.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, ilin sonunda kredit alan tələbələrin sayı 20 minə yaxın olacaq: "Azərbaycanda tələbələr təqaüd sistemi ilə də əhatə olunur. Tələbələrin, təxminən, 50 faizi təqaüd alır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR