Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 3-cü qrupunda Belarusla üz-üzə gəlib.

Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionundakı qarşılaşma qolsuz bərabərliklə bitib.

Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü iyunun 10-da Bakıda Slovakiya seçməsinə qarşı keçirəcək.