Çin müharibə başladacaq -

"Tayvan müstəqilliyini elan edəcəyi təqdirdə Pekin nəyin bahasına olursa olsun, müharibəyə başlamaqdan çəkinməyəcək".

Metbuat.az "The Guardian" nəşrinə istinadla xəbər verir ki, bunu Çinin müdafiə naziri Vey Fenqe Sinqapur sammitində, Şanqri-La Dialoqu təhlükəsizlik tədbirləri çərçivəsindəki görüşdə ABŞ-lı həmkarı Lloyd Ostinə deyib.

ABŞ isə Çini Tayvanla bağlı daha da sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırıb.

Tayvanın Xarici İşlər Nazirliyi Çinin "absurd" suverenlik iddialarını pisləyib və dəstək nümayişinə görə ABŞ-a təşəkkür edib: "Tayvan heç vaxt Çin hökumətinin yurisdiksiyası altında olmayıb və Tayvan xalqı Çin hökumətinin güc təhdidlərinə boyun əyməyəcək".

ABŞ müdafiə naziri etdiyi çıxışda Çinin Tayvan yaxınlığındakı təxribatçı hərbi fəaliyyətini pisləyib. Lakin Pekinin Asiya-Sakit okean regionunda getdikcə aqressivləşməsinə baxmayaraq, ABŞ-ın Çinlə gərginliyi idarə etmək və münaqişənin qarşısını almaq üçün üzərinə düşəni edəcəyini bildirib. O, Şanqri-La forumunda ABŞ-ın Tayvan da daxil olmaqla müttəfiqlərinin yanında olmağa davam edəcəyini söylədi.

Çin tərəfi isə Ostinin çıxışını “qarşıdurma” adlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR