Çindən ABŞ-a mesaj:

"Çin ordusu Tayvanı separatçı cəhdlərdən müdafiə etməyə hazırdır və bunun üçün müharibə riskinə girəcək".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Çinin müdafiə naziri Vey Fınqhi amerikalı həmkarı Lloyd Austin ilə görüşündə bəyan edib.Bu bəyanatdan sonra Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Çien ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşü əsnasında qeyd edib ki, Çin ordusu Tayvanı vətənindən ayırmağa cəsarət edənlərə qarşı öz suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmindədir. Onun açıqlamasına görə, ölkəsinin Tayvanla bağlı mövqeyi çox həssasdır.

Bu görüşlə bağlı Pentaqonun verdiyi açıqlamada isə nazir Ostinin ABŞ-ın "vahid Çin" siyasətinə sadiq qaldığını vurğulanıb. Pekin rəhbərliyi əmin edilib ki, Tayvana xəbərdarlıq edilib ki, onlar sabitliyi pozacaq hərəkətlərdən çəkinsinlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR