Rəqibin əsəbləri ilə oynadı: Komandasını dünya çempionatına daşıdı -

Avstraliya və Peru milli komandaları arasındakı oyunda qapıçı Andrev Redmaynenin davranışları maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, dünya çempionatına vəsiqə verən həlledici oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər zamanı Avstraliyanın qapıçısı Andrev Redmayne rəqib futbolçuların diqqətini yayındırmaq üçün qəribə davranışlar sərgiləyib. Nəticədə o, iki penalti zərbəsini dəf edərək, komandasının dünya çempionatına vəsiqə qazanmasında həlledici rol oynayıb. Qapıçının davranışları ən çox izlənilən videolar arasında yer alıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR