“WhatsApp” yeni funksiyalarını

Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp" bir neçə yeni funksiyasını artıq test etməyə başlayıb.

Metbuat.az xəbər verir ki, yeniliklərə öncəliklə "WhatsApp"dan mesajların redaktə funksiyası daxildir. Yenilənməyə görə göndərilən mesajlar qısa müddətə dəyişdirilə bilər. Beləliklə, eyni mesajı yenidən göndərməyə ehtiyac qalmayacaq. Mesajların redaktə funksiyası hazırda “Android”lərdə sınaqdan keçirilir. Lakin yaxın vaxtlarda iOS və masaüstü versiyalarında testlərin başlayacağı gözlənilir.

Bundan başqa, qruplardan səssiz çıxa bilərik. "WhatsApp"ın inkişaf etdirdiyi yeni funksiya ilə yalnız idarəçilərə qrupdan ayrıldıqlarını görməyə imkan verəcək.

Səsli zənglərdə iştirakçıların sayına dəyişiklik edən şirkət son addımı ilə qrup zənglərində iştirakçıların sayını artırmaq imkanının istifadəçilərə təqdim edir. Artıq 32 nəfər "WhatsApp"da qrup zənglərinə qoşula bilər.

İstifadəçilərinə daha maraqlı və sürətli yazışma təklifləri verən "WhatsApp" tətbiqə gələn xüsusiyyət ilə söhbətin mətninə uyğun stiker təklifləri yaradacaq.

Yönləndirilmiş səsli mesajlar da artıq 1,5 və ya 2 dəfə daha sürətli oxuna bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR