"Micrisoft" şirkəti kompüterlərində "İnternet Explorer" brauzerinin fəaliyyətini dayandıracağını açıqlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, iyunun 15-dən etibarən "İnternet Explorer"masaüstü proqramı söndürüləcək və istifadəçilər əvəzinə "Microsoft"un "Edge" brauzerinə yönləndiriləcək.

Qeyd edək ki, "İnternet Explorer" 1995-ci ildən bəri "Microsoft" kompüterlərində fəaliyyət göstərib və "Google", "Facebook" və "TikTok"dan əvvəl insanlar üçün internetə giriş qapısı idi.