Ucarda yol qəzasında iki nəfər yanaraq öldü - YENİLƏNİB

Ucarda yol qəzasında iki nəfər yanaraq öldü - YENİLƏNİB
11:22 19 Yanvar 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

11:20

Ucar rayonunda ağır yol qəzası baş verib.

Ucar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 09 radələrində Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

99 DY 262 dövlət nömrə nişanlı, ağır tonnajlı betonqarışdıran avtomobillə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində güclü yanğın baş verib. Minik avtomobili yanıb, iki nəfər yanaraq ölüb.

Avtomobil tamamilə yandığı üçün dövlət nömrə nişanı görünməyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayonunun Yanğından Mühafizə Hissəsinin və Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar.

İlkin məlumata görə, minik maşınında iki nəfər yanaraq dünyasını dəyişib. Hələlik ölən şəxslərin kimliyi müəyyən edilməyib.

Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.

---------
11:05

Ucar rayonunda ağır yol qəzası baş verib.

Ucar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Betonqarışdıran avtomobillə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobili yanıb, iki nəfər yanaraq ölüb.

Ölən şəxslərin adları hələlik məlum deyil.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR