Ronaldo "Mançester Yunayted"dən ayrılır?

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo klubu tərk edə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. Bildirilib ki, portuqaliyalı hücumçu yeni baş məşqçi Erik ten Haqın oynadacağı futbola uyğun gəlmir. "Mançester Yunayted”in gələn mövsüm Çempionlar Liqasında oynamayacağını nəzərə alsaq, hücumçunun agenti Jorje Mendeş oyunçu üçün yeni klub axtarmaqla məşğuldur.

Ronaldo ilə "Roma" və "Sportinq"in maraqlandığı vurğulanıb. Ancaq İtaliya təmsilçinin feyr-pley problemləri, o cümlədən Avroliqada oynayacağı bu transferin qarşısını ala biləcəyi iddia olunub.

Qeyd edək ki, Ronaldo ötən mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 qolun ötürməsini verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR